Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yaralanan var – FOTO

Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yaralanan var – FOTO
Hadisə 5556

Lənkəran rayonunda sərhədçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonunun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sərhəd Qoşunlarına (SQ) məxsus "UAZ” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Sərhəd Qoşunlarında xidmət edən baş leytenant, 1991-ci il təvəllüdlü Elçin Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildəki digər sərhədçi isə ayağından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda toy karvanında qəza: 9 nəfər yaralandı - 4-ü uşaqdır (VİDEO)

Azərbaycanda toy karvanında qəza: 9 nəfər yaralandı - 4-ü uşaqdır (VİDEO)

Beyləqanda minik maşını mikro avtobusa çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü hadisə yerində ölüb. Şəmkirdə isə toy karvanında avtomobil qəzaya uğrayıb, 9 n...

3338 Hadisə 09:31 06 yanvar 2017

Son xəbərlər