Azərbaycan ordusunda bir gündə ikinci itki
07
dek
2015
14:25
Təhlükəsizlik qaydalarının pozulması nəticəsində əsgər vəfat edib.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.
Hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Ordusunun zabiti şəhid oldu
Düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb. Müdafiə Nazirliyindən BAKU.WS...