Azərbaycan MN: Ermənistan ordudakı itkilərin sayını gizlədir

Azərbaycan MN: Ermənistan ordudakı itkilərin sayını gizlədir
Hadisə 1001
 

"Daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuz da nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağından ehtiyat edən Ermənistanın hərbi-siyasi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu kimi, həqiqəti ölkə ictimaiyyətindən gizlətməyə davam edir".

BAKU.WS-in xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bu il ərzində Ermənistan silahlı qüvvələrində 26 ölüm halının qeydə alındığı barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirən nazirlikdən qeyd ediblər ki, aparılan araşdırmalara əsasən 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır: "Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş ərazilərimizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməni əsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır".

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ermənilərdən ETİRAF: 288 hərbçi ölüb

Ermənilərdən ETİRAF: 288 hərbçi ölüb

2016-cı ilin son 6 ayı ərzində Ermənistan Silahlı Qüvvələrinin 136 hərbçisi ölüb. BAKU.WS xəbər verir ki, bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər ve...

1642 Hadisə 16:04 07 iyul 2016

Son xəbərlər