Azərbaycan millisini Çexiyaya aparan təyyarədə nasazlıq yaranıb

Azərbaycan millisini Çexiyaya aparan təyyarədə nasazlıq yaranıb
Hadisə 1169

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq milli komandamız oyunun keçiriləcəyi Ostrava şəhərinə yola düşüb.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, ötən gün saat 16:00-da yola düşməli olan təyyarə bir qədər gecikmə ilə havaya qalxıb.

Havada olarkən isə nəqliyyat vasitəsində texniki nasazlıq yaranıb. Belə ki, təyyarənin təkərlərindən birinin tam qapanmaması uçuş sırasında həyəcan yaradıb. Bu barədə sərnişinlərə də məlumat verilib və bildirilib ki, Bakıya dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra yenidən yola düşüləcək.

Ancaq sonradan təyyarə ekipajı artıq problemin aradan qaldırıldığını və uçuşun marşrut üzrə davam etdiriləcəyini bildirib.

BAKU.WS 

Oxşar xəbərlər

Yığmamızı Rio-dan gətirən təyyarə gecikir

Yığmamızı Rio-dan gətirən təyyarə gecikir

Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığması və nümayəndə heyətini gətirən təyyarə saat 22:20-də Bakıya ç...

1230 Hadisə 11:01 23 avqust 2016

Son xəbərlər