"Azneft" İB-in "28 May" Neft Qaz Çıxarma İdarəsində yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) "28 May" NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.
Bu barədə "Azneft"dən bildirilib.
Dərhal hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.
Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...