"Azercell"in maşınına basqın edib külli miqdarda pul apardılar - VİDEO

Azercellin maşınına basqın edib külli miqdarda pul apardılar - VİDEO
Video
Hadisə 3357

Şəkidə "Azercell" şirkətinə məxsus avtomobilin qarşısını kəsən şəxslər şirkətin vəzifəli əməkdaşına hücum edib onun üzərində olan şirkətə məxsus 20 min manat pulu aparıblar.

BAKU.WS SƏS TV-yə istinadla xəbər verir ki, Şəki şəhərinin Cəfərabad kəndi ərazisində "Azercell”ə məxsus və Rasim Muxtarzadənin idarə etdiyi "Ford” markalı avtomobilin qarşışı "VAZ 2106” markalı maşınla kəsilib.

"VAZ 2106”dan düşən naməlum şəxslər "Ford”da olan sürücü və sərnişin - "Azercell”in Şəki şəhərində diler mağazasının müdiri Cəlal Kərimova xəsarət yetirərək onun üzərində olan şirkətə məxsus 20 min manat pulu aparıblar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

Hadisənin kimlər tərəfindən törədildiyi hələ ki bilinmir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şəkidə 4 yaşlı uşağı avtomobil vurub

Şəkidə 4 yaşlı uşağı avtomobil vurub

Şəki rayonunda dörd yaşlı uşağı maşın vuraraq öldürüb.BAKU.WS report-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Vərəzət kəndi ərazisində b...

998 Hadisə 20:51 20 noyabr 2018

Son xəbərlər