Azərbaycanlı kişi Almaniyada məscidə hücum etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan əsilli kişi Almaniyada məscidə hücum çəkib.
BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, hadisə Nürnberq şəhərində baş verib. Səhər saatlarında Eyüp Sultan məscidinə girən adı açıqlanmayan şəxs “Bura iblislərin yeridir, siz şeytansınız”, deyərək əlindəki dəmir dəyənəklə ətrafa hücum çəkərək "Şəhid Sərhad Öndər" Tədris Mərkəzinin lövhəsini qırıb.
Hadisə yerinə çağırılan polis dəyənəkli şəxsi qandallayaraq aparıb.
Məscidin imamı Ergün Çelik hücum edən şəxsin üçüncü dəfədir ki, buraya gələrək insanları təhqir etdiyini deyib:
“Bu şəxs iki ayda üçüncü dəfədir ki, məscidə basqın edir. Əlindəki dəyənəklə bizə hücum etdi. Məscidi iblis yeri, müsəlmanları şeytan adlandırdı”.
Qalereya
Oxşar xəbərlər
Məscidə girib insanları öldürən şəxsin Ərdoğanla bağlı ŞOK sözləri (VİDEO)
Yeni Zelandiyadakı ChristChurchda iki məscidə hücum edən və 49 nəfər öldürən Brenton Tarrantla bağlı şok məlumat ortaya çıxıb.BAKU.WS xəbər verir ki, məscidə hü...