Azərbaycanlı idmançı "patı"dan ölüb? - RƏSMİ AÇIQLAMA

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Allahyar Abışov vəfat edib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Mətbuat katibi Kənan Məstəliyev "report"a açıqlamasında idmançının ölüm səbəbi ilə bağlı məlumat əldə etmədiklərini bildirib.
O, Abışovun dünyasını dəyişməsi xəbərinə üzüldüklərini söyləyib:
"Allahyar yaxşı idmançı olub. Bu xəbəri eşitmək çox üzücü oldu. Amma niyə və nədən vəfat etməsi barədə məlumatımız yoxdur. Bunu araşdırmağı, səbəblərini öyrənməyi heç doğru da saymamışıq. Bunun üçün müvafiq orqanlar var. Bu, onların işidir, lazım gəlsə, edəcəklər.
Biz isə milli komandanın sabiq üzvünü itirdik. Əsas məqam budur. Allahyar Abışovun xatirəsini yad edir, Allahdan ona rəhmət diləyirik".
İdmançının bacısı Rəna Abışova "sportfm.az"a açıqlamasında Allahyar Abışovun “patı” kimi tanınan metamfetamindən vəfat etdiyini bildirib. Onun ölüm səbəbinin aşkarlanması üçün tibbi ekspertiza təyin edilib.
Qeyd edək ki, Allahyar Abışov 2015-ci ildə gənclərin Avropa çempionatında 62 kq çəki dərəcəsində Avropa çempionu olub.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...
