Azərbaycanlı bloger canlı yayımda döyüldü
29
noy
2025
11:55
"Subo" ləqəbi ilə tanınan azərbaycanəsilli bloger Sübhan Məmmədov döyülüb.
BAKU.WS xəbər verir ki, hadisə bloger Dubayda canlı yayım edən zaman yaşanıb.
Buna səbəb isə blogerin MMA döyüşçüsü Şovhal Çurçayev ilə uğursuz zarafatı olub. "Subo" bildirib ki, Çurçayev UFC rəhbəri qarşısında diz çökərək ondan yarışlara dəvət edilməsini xahiş edib.
Şovhal bunu özünə təhqir hesab edib və blogeri döyməyə başlayıb.
Videoda qeyri-etik sözlər olduğundan həmin sözlər olduğundan səssiz formada tədim edirik:
Oxşar xəbərlər
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əhm...