Azərbaycanlı aktrisaya hücum edən şəxs yenidən tutuldu - VİDEO
06
apr
2023
15:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət öncə aktrisa Nərgiz Əliyevanın avtomobilinə hücum edən şəxs yenidən saxlanılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 52 yaşlı Vadim Sedov bu dəfə oğurluq əməlinə görə tutulub.
İttihama əsasən, o, ötən il mağazalardan mobil telefon, bahalı qol saatı oğurlayıb.
Onun barəsində cinayət işi başlanıb. V.Sedov həbs edilib. Hazırda cinayət işi məhkəmə baxışındadır.
Qeyd edək ki, V.Sedov Nərgiz Əliyevadan pul almaq məqsədi ilə avtomobilinə yaxınlaşıb. Aktrisa hücuma məruz qaldığını bildirərək polisə müraciət edib.
Oxşar xəbərlər
Polis aktrisanın avtomobilinə hücum etdiyi deyilən şəxsi tapdı: Bir manat pul istəyirmiş - VİDEO
“Aktrisa Nərgiz Əliyevanın yaydığı görüntülər polis tərəfindən araşdırılıb və müvafiq tədbir görülüb”. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda Daxil...