Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir qadını sağ çıxarıb - VİDEO

07
fev
2023
18:53
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qalmış orta yaşlı qadını sağ çıxarıb.
Daha sonra o, aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirilir.
Qeyd edək ki, gün ərzində Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından ümumilikdə 7 nəfərin meyiti və bir neçə şəxs sağ çıxarılıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
