Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkədə məlumat verib.
Məlumata görə, R.Əliyev 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Gəncə şəhərində anadan olan memar, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metrostansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.
Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması da onun adı ilə bağlıdır.
Xatırladaq ki, R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...