Azərbaycanın tanınmış jurnalisti vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin məsul katibi Atababa Hacıbabayev vəfat edib.
Bu barədə BAKU.WS-ə Mətbuat Şurasından bildirilib.
Atababa İsmayıl oğlu Hacıbabayev 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 1966-cı ildən başlayaraq mətbuatda bədii əsərlərlə, resenziyalarla, araşdırmalarla və digər janrlı yazılarla çıxış edib. Ömrünün 35 ilini “Ədəbiyyat qəzeti”nə həsr edib.
A.Hacıbabayev çoxsaylı kitabların, tədris proqramlarının müəllifi və redaktoru, həmçinin televiziya və radio verilişlərinin müəllifi olub. Söz sənətində çoxşaxəli fəaliyyət diapazonu ilə seçilib, zəhmətsevərliyi ilə oxucuların, sənət adamlarının dərin rəğbətini qazanmış jurnalist peşəkar teatrşünas, yumorist, pedaqoq və tərcüməçi kimi də tanınıb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
“Təbrizin sehrli nağılları” kitabının müəllifi vəfat edib - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, məşhur “Təbrizin sehrli nağılları” kitabın...