Azərbaycanın tanınmış alimi vəfat edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın tanınmış etnoloqu, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla "Facebook" səhifəsində yazıb:
"Dəyərli dostumuz, müsavat irsinin görkəmli tədqiqatçısı və alimi Aydın Balayev haqq dünyasına qovuşdu".
Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.
O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifi olub.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Professor Oqtay Nüsrətov vəfat edib
Tanınmış alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Oqtay Qüdrət oğlu Nüsrətov vəfat edib. BAKU.WS...