Azərbaycanın sabiq məmuruna cinayət işi açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Prokurorluq orqanları tərəfindən ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən törədilən səlahiyyətlərindən sui-istifadə etmə hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Lənkəran rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, həmin tədbirlərin davamı kimi Lənkəran rayonu, Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə daxil olmuş material Lənkəran Rayon Prokurorluğunda araşdırılıb.
Belə ki, araşdırmalarla məktəbin direktoru Zeynəb Əhmədovanın işlədiyi müddət ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət etmiş şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin edilməsi müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi nemət almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işinə başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İcra başçısının hansı ittihamla həbs edildiyi məlum oldu - RƏSMİ
Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov, Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun Cinayət Məcəlləs...