Azərbaycanın qonşuluğunda ölüm təhlükəsi sürətlə artır

Azərbaycanın qonşuluğunda ölüm təhlükəsi sürətlə artır
Hadisə 394

Gürcüstanda koronavirusun “omikron” ştammı sürətlə yayılmağa başlayıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Mərkəzi rəhbəri deyib ki, yanvarın 5-də səhər saatlarına qədər ölkədə “omikron” ştammına yoluxanların ümumi sayı 159 olduğu halda axşam saatlarında artıq bu rəqəm 253-ə yüksəlib.

Onun sözlərinə görə, ölkədə virus qarşısıalınmaz dərəcədə sürətlə yayılmağa başlayıb. “Omikron” ştammına yoluxanların 16 nəfəri 18 yaşadək olan uşaqlar və yeniyetmələrdir.

“İnfeksiyanın yayım sürəti artdığı üçün yaxın iki həftə ərzində ölkədə “omikron” ştammına yoluxanların sayı da kəskin artacaq”, – deyə A.Qamkrelidze vurğulayıb.

Mərkəz rəhbəri əhaliyə müraciətində daha az məclislər təşkil etməyə, qoruyucu vasitələrdən – tibbi maskalardan istifadəyə və vaksinasiya olunmağa çağırıb.

Qeyd edək ki, Gürcüstanda “omikron” ştammına ilk yoluxma 2021-ci il dekabrın 20-də qeydə alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər