Azərbaycanın əməkdar məşqçisi vəfat edib

Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Hadisə 3

Azərbaycan Respublikasının Əməkdar məşqçisi Əhməd Fərəcov dünyasını dəyişib.

BAKU.WS report-a istinadən xəbər verir ki, veteran boksçu 75 yaşında ikən vəfat edib.

Qeyd edək ki, Əhməd Qardaşxan oğlu Fərəcov 1948-ci ilin yanvar ayının 5-də keçmiş Astraxanbazar (indiki Cəlilabad) şəhərində anadan olub. Boksla 1966-cı ildən məşğul olmağa başlayan Ə.Fərəcov müxtəlif yerli və beynəlxalq yarışların qalibi olub.

1980-ci ildən UGİM-nin direktoru vəzifəsində çalışmış mərhum idmançı 1983-cü ildə Cəlilabad rayonunda ilk dəfə boks bölməsini açıb və orada baş məşqçi kimi fəaliyyət göstərib.

Ə.Fərəcov boks üzrə beynəlxalq dərəcəli hakim kimi Rusiyanın bir çox şəhərləri ilə yanaşı, Türkiyənin İstanbul, Antalya və Alanya şəhərlərində keçirilmiş peşəkar boks yarışlarına dəvət alıb. Onun yetirmələri Avropa və dünya miqyaslı yarışların qalibi və mükafatçısı olub.

Azərbaycanın əməkdar məşqçisi vəfat edib

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tofiq Babanlı vəfat etdi

Tofiq Babanlı vəfat etdi

Gənclər və İdman Nazirliyinin sabiq əməkdaşı Tofiq Babanlı vəfat edib. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Prezidentin fərdi təqaüdç...

364 Hadisə 10:28 10 yanvar 2022

Son xəbərlər