Emil Bakunun qardaşından ürəksızladan mesaj (FOTO)

Emil Bakunun qardaşından ürəksızladan mesaj (FOTO)
Hadisə 2764

 

"Təəssüflə mən sizə bildirməliyəm ki, 3 il xərçənglə mübarizədən sonra Emil dünyasını dəyişdi. Mən qardaşıma dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Emil Braziliyada həyatının son bir neçə həftəsini keçirdi. Emilin həyatını xilas etmək üçün həkimlər mübarizə aparırdılar, amma olmadı". 

BAKU.WS-in məlumatına görə, bu sözləri azərbaycanlı məşhur boksçu "Emil Baku"nun qardaşı Rüfət İsrafilbek söyləyib. Dünyasını dəyişən boksçunun qardaşı Emilin insanlara qarşı olan mehriban münasibətindən və digər müsbət keyfiyyətlərindən danışıb:

"Emil təbəssümü ilə sanki maqnit kimi insanları öz ətrafına çəkirdi. Mən Uolter Rida Milli Tibbi Mərkəzində öz qardaşımla birlikdə işləyirdim. Emil ona xərçəng xəstəliyi diaqnozu qoyulana qədər, təxminən 8 il həmin mərkəzdə işləyirdi. Üç il əvvəl orada işinə son verdi. Həmin gündən sonra elə bir gün olmadı ki, kimsə məndən onun müalicəsinin gedişi haqqında maraqlanmasın. Xərçəngin bu qorxunc tipindən sağ qalmaq şansları minimaldır. Emil ona qoyulan diaqnozu yaxşı dərk edir və anlayırdı, amma o heç vaxt öz taleyindən şikayət etmirdi. Emil çox cürət edirdi və bu xəstəliklə vuruşurdu. 

Rüfət İsrafilbek Emilin ana və atasını, 8 yaşlı Nelson adlı oğlunu, saysız-hesabsız dostlarını balasını tərk edib getdiyini söyləyib. "Qardaş, sən istirahət edə bilərsən, bu döyüş başa çatıb. Nə vaxt ki, bizim vaxtımızı çatacaq, səninlə hamımız yenidən görüşəcəyik. Allah sənə rəhmət eləsin!"

Qeyd edək ki, Azərbaycanlı məşhur boksçu "Emil Baku" dünyasını dəyişib. Bu barədə azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağali Alışov söyləyib. Onun sözlərinə görə, məlumatı Emilin yaxınlarından biri bildirib.    Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağali Alışov isə "Emil Baku"ya görə çempionluq kəmərini satışa çıxarmışdı

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər