Azərbaycanlı məşhur boksçu "Emil Baku" dünyasını dəyişib. 
 
BAKU.WS-in məlumatına görə, bu barədə azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağali Alışov söyləyib. Onun sözlərinə görə, məlumatı Emilin yaxınlarından biri bildirib.  
 
Ağali Alışov "Emil Baku"ya dəstək verən hər kəsə təşəkkür edib. 
 
Qeyd edək ki, məşhur idmançı "Emil Baku" beyin şişi xəstəliyindən əziyyət çəkirdi. Həmyerlimiz boks dünyasında kifayət qədər tanınan idmançılardan biri olub. Uşaqlıqdan boksla məşğul olan Emil 90-cı illərdə ABŞ-da peşəkar idman karyerasını uğurla davam etdirib.
 
"Emil Baku" adı altında uğurlar qazanan həmyerlimiz beynində yaranan xərçənglə mübarizə aparırdı. Emilin bu xəstəliyin öhdəsindən gəlməsi üçün sosial şəbəkələrdə yardım aksiyası başlamışdı. 
 
Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağali Alışov isə "Emil Baku"ya görə çempionluq kəmərini satışa çıxarmışdı
 
Şahin Həbibov
BAKU.WS