Azərbaycanda zəlzələ baş verdi

Azərbaycanda zəlzələ baş verdi
Hadisə 1250

İyunun 4-də Lerik rayonunda baş verən zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

BAKU.WS xəbər verir ki, məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 04.06.2025-ci il tarixində yerli vaxtla saat 23:32-də Lerik rayonu ərazisində 17 km dərinlikdə 3.6 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***2025-06-04 - 23:48

İyunun 4-də Lerik rayonunda zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 23:32-də Lerik rayonunda qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 17 kilometr olub və Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarında 3 bal gücündə hiss olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU

Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU

Ələt qəsəbəsində nəzarətsiz ərazidə əmi və onun qardaşıoğlu batıb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, əmi Əlihəsənov Arif Həsən oğlunun meyiti sud...

88 Hadisə 23:52 03 avqust 2026

Son xəbərlər