Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib
03
dek
2024
17:33
Ağcabədi rayonunda usta zavodda faciəli şəkildə ölüb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hüsülü kəndində yerləşən pambıq zavodunda baş verib.
Zavodda çilingər işləyən 47 yaşlı Rasif Tahir oğlu Quliyevin ayağı pambıq təmizləyən aparata düşüb. Nəticədə usta ağır xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib.
Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Şirvanda 36 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb
Şirvanda 36 yaşlı şəxsi bıçaqlayan kişi yaxalanıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, cinayət əməlini törədən Şirvan şəhər sakin...