Azərbaycanda yeni göl yarandı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada dağlıq ərazidə yeni təbii göl yaranıb.
BAKU.WS "Lent.az"a istinadən xəbər verir ki, bu barədə Zaqatala sakini Məhərrəm Heydərov məlumat verib.
Onun sözlərinə görə, göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib.
Gölün yaranmasına bir ay əvvəl rayona yağan aramsız yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində sürüşmə olub və sıldırım qaya uçaraq dərəni bağlayıb. Nəticədə göl əmələ gəlib.
M. Heydərov həmçinin bildirib ki, gölün daşması kimi hə ya başqa hər hansı bir təhlükə yoxdur.
Yeni əmələ gələn gölün görüntülərini təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...