Azərbaycanda xəstəxanada tavan uçub? - AÇIQLAMA

Azərbaycanda xəstəxanada tavan uçub? - AÇIQLAMA
Hadisə 133

Bəzi kütləvi informasiya vasitələrində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qadınların yerləşdirildiyi palatada tavanın uçması ilə bağlı məlumat yayılıb.

BAKU.WS xəbər verir ki, hadisə nəticəsində xəstələr digər palataya köçürülüblər.

İnstitutdan Oxu.Az-a verilən məlumata görə, tavanın uçması və xəsarət alanların olmasına dair yayılan məlumatlar əsassızdır.

Bildirilib ki, sadəcə yağışla əlaqədar palatanın tavanında su sızıntısı olub. Buna görə də xəstələr digər palataya köçürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər