Azərbaycanda vəzifəli şəxsin altı min manatlıq qızılı oğurlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Texnologiya Universitetinin prorektor köməkçisi vəzifəsində çalışan Nübar Hacıyevanın qızıl-zinət əşyaları oğurlanıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Göygöl rayonunun Qırıxlı kəndində yaşayan N.Hacıyevanın evindən altı min manat dəyərində qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxıb.
Hadisə barədə polisə müraciət edilib və faktla bağlı cinayət işi açılıb.
Araşdırmalarla oğurluq əməlinin evdə ayda bir dəfə təmizlik işləri görən 1966-cı il təvəllüdlü Sevda Məmmədova tərəfindən törədilməsi müəyyən edilib.
O, oğurladığı əşyaların iki min manatlıq hissəsini geri qaytarıb.
Oxşar xəbərlər
17 yaşlı gəlin bakirə çıxmadı və... - Azərbaycanda toy günü biabırçılıq
Ucarda qəsdən adam öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Sadiq Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) c...