Azərbaycanda vəzifəli şəxs intihar edib

Azərbaycanda vəzifəli şəxs intihar edib
Hadisə 315

Lənkəranda dini icma rəhbəri intihar edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Qurumba kənd məscidinin ərazisində baş verib.

Belə ki, kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev məscidin həyətində olan yardımçı tikilidə özünü asaraq intihar edib. O, intihar etməzdən əvvəl məktub yazaraq heç kəsin günahının olmadığını bildirib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər