Azərbaycanda uşağına görə özünü yandıran ata öldü - FOTO

Azərbaycanda uşağına görə özünü yandıran ata öldü - FOTO
Foto
Hadisə 2429
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində özünü yandıran İmamverdi İsmayılov dünyasını dəyişib. BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə aktyor Ziya Ağa məlumat verib. "Bir yerdə xidmət etmişdik...Əsgər yoldaşımdır. O qədər saf, mərd, ləyaqətli insan idi ki...", - deyə aktyor qeyd edib. Xatırladaq ki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd etmişdi. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırmışdı. Ətrafdakıların köməyi ilə söndürülən İ. İsmayılov çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilmişdi.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər