Azərbaycanda üç uşaq anası itkin düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı rayonunda üç uşaq anası itkin düşüb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, rayonun Təzə Alvadı kənd sakini, 2001-ci il təvəllüdlü Ş.Əkbərli aprelin 12-də səhər saatlarında yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Onun üç uşağı var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, həmin şəxsin yaşadığı evi tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub:
“Hazırda həmin şəxsin tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...