Azərbaycanda TIR sürücüsünün meyiti kabinədən tapıldı

Azərbaycanda TIR sürücüsünün meyiti kabinədən tapıldı
Hadisə 144

Hacıqabulda sürücü avtomobildə ölü tapılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində park halında TIR tipli qoşqulu yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib.

Onun hansı vəziyyətdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya Birliyinə yerləşdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər