Azərbaycanda tələbə qız özünü dənizə ataraq intihar edib
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.
Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.
Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da geri çəkilib.
Sonuncu dəfə sahilə yaxınlaşan V. Rəhimli qəfildən özünü dənizə atıb. Ətrafdakı insanlar yardım etmək istəsələr də cəhdləri uğursuz olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. İntihar edən qızın meyiti sudan çıxarılaraq adiyyəti üztə təhvil verilib.
Mərhumun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - VİDEO + YENİLƏNİB - 4
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxs...