Azərbaycanda teatrın dam örtüyü uçdu, şəhərə elektrik verilişi dayandı - VİDEO

Gecə saatlarında güclü külək Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəsadlar törədib.
Külək Qubada "Yaşıl Teatr"ın dam örtüyünü uçurub, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Hazırda Quba şəhəri də daxil olmaqla, rayonun əksər kəndlərində elektrik enerjisi yoxdur.
Qusar və Xaçmaz rayonlarında isə, iri gövdəli ağacları külək elektrik xətlərinin üzərində aşırıb, əksər yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.
Siyəzəndə külək iki çoxmənzilli binanın dam örtüyünü uçurub. Bu rayonunun da elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.//apa
Oxşar xəbərlər
Güclü külək Astarada binanın dam örtüyünü uçurub, digər fəsadlar törədib - FOTO
Güclü külək Astarada binanın dam örtüyünü uçurub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün səhər saat 5-dən başlayaraq Astara rayonunda əsən güclü külək...