Azərbaycanda tanınmış memar vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın görkəmli ziyalısı, tanınmış memar, onlarla tarixi-mədəni abidənin bərpasında əvəzsiz xidmətləri olan Prezident təqaüdçüsü, dövlət qulluqçusu Arif Bəylər oğlu Əzizov vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, görkəmli memar ötən gün 80 yaşında dünyasını dəyişib.
Yaxınları onun vəfatı ilə əlaqədar başsağlığı verib, ruhuna ehtiramlarını ifadə ediblər.
Ömrünü Vətənə, xalqına və mədəni irsimizə həsr etmiş Arif Əzizovun əziz xatirəsi daim onu tanıyan və sevən insanların qəlbində yaşayacaq.
Qeyd edək ki, 1945-ci ildə Naxçıvan şəhərində anadan olmuş Arif Əzizov tikinti və bərpa sahəsində bir sıra vəzifələrdə çalışıb, göstərdiyi xidmətlərə görə dəfələrlə müxtəlif dövlət mükafatlarına layiq görülüb.
Allah rəhmət eləsin!
![]()
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....