Azərbaycanda suya görə qonşular arasında dava düşdü
07
noy
2019
08:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.Qəsəbə ərazisində iki qonşu arasında düşən mübahisə dava ilə nəticələnib. Qonşular arasında yaranan mübahisəyə bir qonşunun digər qonşunun həyətinə su buraxması səbəb olub.Münaqişə zamanı 1960-cı il təvəllüdlü Salamova Elnaz Kərim qızı qonşusu və oğlu tərəfindən döyülüb. Xəsarət alan 59 yaşlı qadın xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qonşular arasında dava - Küt alətlə başını yardı
Goranboy rayonunda qonşular arasında mübahisə dava ilə bitib. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Kələk kəndində qeydə alınıb. K...