Azərbaycanda İŞİD-ə dəstək verən şəxs ÜZR İSTƏDİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial mediada İŞİD-ə dəstək nümayiş etdirən Qusar rayonunun sakini Abdullah Mustafayevin (ləqəbi Abdullah əl Qusari) üzr videosu yayılıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkəyə yerləşdirilən görüntülərdə o, işlətdiyi sözlərə görə üzr istəyib.
O, həmçinin deyib ki, video paylaşarkən anlaqlı vəziyyətdə olmayıb.
Məlumat üçün bildirək ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib ki, həmin şəxs polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Abdullah Mustafayev haqqında araşdırma başladılıb.
Oxşar xəbərlər
Azərbaycanda İŞİD-ə dəstək verən şəxs tutuldu - FOTO
Sosial şəbəkələrdə İŞİD-ə dəstək nümayiş etdirən azərbaycanlı saxlanılıb və haqqında araşdırma başladılıb. BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Qusa...