Azərbaycanda sərxoş sürücü maşını ustaların üstünə sürdü - Ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlıda sərxoş sürücü ustaları vurub, ölən var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə yanvarın 22-də Saatlı şəhəri, M.F.Axundov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1980-ci il təvəllüdlü Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda təmir üçün ona verilmiş "VAZ-2107" markalı avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən digər ustalar, Saatlı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü Qənbərov Möhübbət Qənimət oğlunu vurub. Nəticədə M.Qənbərov hadisə yerində ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müavafiq maddəsi ilə cinayət işi başladılıb, istintaq aparılır.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...