Azərbaycanda seçkilərdə qalib gələn namizəd bir gün sonra öldü - FOTO
 
                            Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Ağsu rayonunun Gəgəli kənd bələdiyyəsinə üzv seçilən Qürbət Kərimov vəfat edib.
BAKU.WS teleqraf.az-a istinadən xəbər verir ki, o, kardioloji xəstəlikdən əziyyət çəkirmiş və səsvermədən bir gün sonra dünyasını dəyişib.
Q.Kərimov seçkilərdə bütün namizədlərdən çox - 717 səs toplayıb.
Yaxınlarının bildirdiyinə görə, o, yenidən bələdiyyə sədrliyinə namizəd olmağı planlaşdırırmış: "Qürbət Kərimov 1960-cı ildə Ağsu rayonunun Gəgəli kəndində doğulub. Çox arzulayırdı ki, yenə sədr seçilsin. Onun bir övladı da dünyasını dəyişib. Vəfat edən övladının uşağı onun himayəsinə idi. Övladının da xəstəliyi var idi".
Qeyd edək ki, Qürbət Abdulkərim oğlu Kərimov 2014-2019-cu illərdə Gəgəli bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, onun vəfatına görə Gəgəli kənd bələdiyyəsini formalaşdırmaq mümkün olmayıb.

Oxşar xəbərlər
Bakıda dəhşətli piyadavurma hadisələrinin ANBAAN GÖRÜNTÜLƏRİ
"Yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətindən asılıdır. Piyadalar üçün isə bu məsuliyyət daha da böyükdür, çünki onlar...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                    