Azərbaycanda şagird sinif yoldaşının atası tərəfindən döyüldü

Azərbaycanda şagird sinif yoldaşının atası tərəfindən döyüldü
Hadisə 210

Məktəblinin döyülməsi ilə bağlı Beyləqan RPŞ-də müvafiq ekspertiza təyin olunmaqla təhqiqat araşdırması aparılır.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək.

***11:59

Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib.

BAKU.WS modern.az-a istinadən xəbər verir ki, mübahisədən sonra şagirdlərdən birinin valideyni digər məktəbliyə xəsarət yetirib.

Mövzu ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Musa Zahid oğlu Həsənov sinif yoldaşı Yusif Ruslan oğlu İbişzadənin atası tərəfindən döyülüb:

"Şagird Musa Həsənovun anası, məktəbin ibtidai sinif müəllimi Səidə Həsənova Daxili İşlər Nazirliyinin 102 "qaynar xətt"inə zəng edərək polisə şikayət edib. Hazırda Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər