Azərbaycanda sabiq vəzifəli şəxs vəfat edib

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat edib
Hadisə 1207

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübariz Rəcəbov vəfat edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Mübariz Kərim oğlu Rəcəbov 1993-cü il avqustun 9-dan 1999-cu il dekabrın 13-dək Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

O, 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı rayonun ərazisində vətəndaşların seçki hüquqlarının pozulmasına yol verilməsi və seçki prosesinə müdaxiləyə şərait yaratdığına görə icra başçısı vəzifəsindən azad edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər