Azərbaycanda sabiq vəzifəli şəxs həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonu, Şorəlli kənd bələdiyyəsində yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bərdə Rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, Şorəlli bələdiyyəsinin sabiq sədri Raqub Kərimov işlədiyi müddət ərzində öz qulluq səlahiyyətlərindən istifadə edərək vətəndaşdan rüşvət almaqla torpaq sahələrini geri tarixlərə sənədləşdirib, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, Raqub Kərimov qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Sabiq icra başçısı məhkəmədə ifadə verməkdən imtina edib
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Neftçala rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini...