Azərbaycanda redaktoru güllələyib öldürən dayıoğlu ələ keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Əliyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.
Məlumata görə, bir neçə gün əvvəl B.Əliyev V.Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən V.Aslanov B.Əliyevi odlu silahla öldürüb.
Şəmkir Rayon Polis əməkdaşları tərəfindən saxlanılan V.Aslanovdan lüləsi kəsilmiş tüfəng götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, B.Əliyevin bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olduğu bildirilir.
Oxşar xəbərlər
SON DƏQİQƏ! Azərbaycanda redaktor qətlə yetirildi - FOTO
Şəmkir rayonunda qətl hadisəsi baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci...