Azərbaycanda qəsdən yanğın törədən şəxs müəyyənləşdirilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
19 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qaraqaya kənd sakini Abbasov İsa Mürsəl oğluna məxsus bağ sahəsində və ətraf ərazilərdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb və yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın nəticəsində 3 hektardan artıq ərazi yanıb.
Hadisə ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş operativ tədbirlərlə yanğının qəsdən törədildiyi müəyyən olunub. Belə ki, yanğın hadisəsinin 1951-ci il təvəllüdlü Abbasov İsa Mürsəl oğlu tərəfindən törədildiyi aşkar edilib və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib. Bildir...