Azərbaycanda qazi ağır qəza törətdi: 1 ölü, 5 yaralı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdamda qazi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Quzanlı-Əfətli avtomobil yolunda qeydə alınıb.
İkinci Qarabağ müharibəsi iştirakçısı Rövşən Elşən oğlu Rüstəmov sürücülük hüququ olmadan idarə etdiyi 77-YD-327 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz E350" markalı avtomobillə yolun əks istiqamətində hərəkətdə olan, 02-BU-150 dövlət qeydiyyat nişanlı, Vidadi Hüseyin oğlu Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.
Nəticədə VAZ-2106 avtomobildə olan qadın sərnişinlərdən biri ölüb, sürücü V.Əliyev, digər 4 sərnişin müxtəlif dərəcəli xəsarətləri alıb.
Qeyd edək ki, R.Rüstəmov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Oxşar xəbərlər
İki məktəblini öldürən “sürücü” ömürlük ala bilərmi? - hüquqşünas rəyi
Vəkil: "Maddədə nəzərdə tutulan cəzadan yuxarı cəza verilməsi qanunla mümkün deyil" Ötən həftə Zaqatalada 2 məktəblinin maşınla vurularaq öldürülməsi hər kəsi ü...