Azərbaycanda qatar qadını vuraraq öldürüb - YENİLƏNİB

Bu gün səhər saatlarında Salyan rayonunun Arbatan kənd sakini S.Dadaşovanı rayon ərazisində dəmir yolunu keçmək istəyən zaman teplovoz vurub.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Bir müddət sonra isə S.Dadaşova xəstəxanada dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
***10:27
Salyanda qatar qadını vuraraq öldürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin “Süd zavodu” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Dadaşova Sədaqət Azadxan qızı dəmir yolunu keçmək istəyən zaman onu qatar vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, S.Dadaşovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...