Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlər var

Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlər var
Hadisə 6805

Bu gün saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub. Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub. Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.

Oxşar xəbərlər

Körpüdən aşan maşın qatarların hərəkətini dayandırıb

Körpüdən aşan maşın qatarların hərəkətini dayandırıb

Bu gün saat 14:10-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə baş vermiş yol-nəqliyyat hadisəsi...

2230 Hadisə 18:59 22 noyabr 2019

Son xəbərlər