Körpüdən aşan maşın qatarların hərəkətini dayandırıb

Bu gün saat 14:10-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə baş vermiş yol-nəqliyyat hadisəsi qatarların hərəkətini dayandırıb.
BAKU.WS-in məlumatına görə, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, AZ 99-SA-781/ AZ 99-ZE-781 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb.
Sürücü Xəzər İnqilab oğlu Yusifli və onun sərnişini hadisə yerində dünyalarını dəyişiblər. Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlıdır.
Qatarların hərəkətinin bərpa edilməsi istiqamətində iş aparılır. Baş vermiş hadisə isə aidiyyəti üzrə araşdırılır.
Oxşar xəbərlər
Qatarla yük maşınının toqquşma səbəbi məlum oldu - RƏSMİ AÇIQLAMA
Bu gün saat 08 radələrində Osmalı-Blok Post-51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə “Azərbayca...
