Azərbaycanda qar uçqunu olub - VİDEO

Azərbaycanda qar uçqunu olub - VİDEO
Video
Hadisə 149

Son bir həftə ərzində qeyri-sabit hava şəraiti özünü rayonlarda daha kəskin formada göstərib. Belə ki, bir çox rayonlara güclü qar yağıb.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, İsmayıllının yüksək dağlıq ərazisində yerləşən kəndlərinə, eləcə də Lahıca gedən yolda güclü qar uçqunu baş verib. Ərazidə yolların qardan təmizlənməsi üçün texnika çalışır.

Qar uçqunu səbəbindən avtomobillərin hərəkəti tamamilə iflic olub. Hazırda sözügedən ərazidə bir metrə yaxın qar var. Kəndlərdə qar örtüyü avtomobillərlə yanaşı, sakinlərin də hərəkətinə ciddi maneə yaradıb.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər