Azərbaycanda qadın taksi sürücüsünü bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən bildirir ki, yanacaqdoldurma məntəqəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Hadisə şəhərin Bağmanlar adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Məntəqənin xadiməsi, 1989-cu il təvəllüdlü Günel Məmmədova oraya gələn taksi sürücüsü, Göygöl rayon sakini Vüsal Məhərrəmovu bıçaqlayıb.
İlkin məlumata görə, qadın həmin taksi ilə hər gün işə gəlib-gedirmiş. G.Məmmədovanın V. Məhərrəmovu aralarında mübahisə yarandığı üçün bıçaqladığı bildirilir.
Faktla bağlı polis araşdırmaya başlayıb.
Oxşar xəbərlər
Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər
İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacı...