Azərbaycanda qadın qətlə yetirildi: Kəndin mollası polisə təlsim oldu
07
apr
2025
08:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda dəhşətli qətl hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Xaspoladoba kənd sakini, rayonda molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədovanı boğaraq qətlə yetirdiyi bildirilir.
Məlumata görə, 45 yaşlı qadını öldürdükdən sonra A.Məmmədov polis idarəsinə gələrək təslim olub.
İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...