Azərbaycanda qadın polisə xəsarət yetirdi - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 1-də Ağdam Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əhliyət Qasımova qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırmalarla müəyyən edilib ki, vətəndaş müraciəti ilə əlaqədar rayonun Baharlı I qəsəbəsində hadisə yerinə baxış keçirilərkən barəsində şikayət olunan İradə Atayeva xidməti vəzifəsini icra edən hakimiyyət nümayəndəsi olan Əhliyət Qasımovun üzərinə hücum edərək xəsarət yetirib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Biləsuvarda polis əməkdaşına müqavimət göstərən şəxsə cinayət işi açıldı
Dekabrın 19-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur. Bu barədə BAKU.WS-ə B...