Azərbaycanda polkovnikə cinayət işi AÇILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Quba Mülki Müdafiə Qoşunlarının komandiri, polkovnik Ehtiram Nəzərov barəsində cinayət işi başlanılıb.
BAKU.WS “unikal”a istinadən xəbər verir ki, iş Bakı Hərbi məhkəməsinin hakimi Aslan Kalbalıyevin icraatındadır.
Polkovnik E.Nəzərova Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə A.Əliyev zərərçəkmiş şəxs qismində çıxış edir.
Oxşar xəbərlər
Azərbaycanda rüşvətdə ittiham olunan vəzifəli şəxs həbs olundu
Azərbaycanda rüşvət alma və təhrikçilikdə ittiham olunan vəzifəli şəxs həbs olunub.BAKU.WS "Yeni Sabah”a istinadla xəbər verir ki, Zaqatala rayon məhkəməsinin k...