Azərbaycanda polkovnik komaya düşüb vəfat etdi
Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat veriblər.
Ağır xəstəlikdən əziyyət çəkən polkovnik bir müddət əvvəl komaya düşübmüş.
Qeyd edək ki, Fazil Kamil oğlu Hüseynov 1950-ci ildə Laçın şəhərində anadan olub. İndiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Əvvəlcə Türkmənistan SSR-də işləyib. Azərbaycana qayıtdıqdan sonra Bakı və Sumqayıt polis sistemində çalışıb.
Mərhumun iki oğlu, bir qızı var.
Oğlu Anar Hüseynov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də şöbə müdirinin müavini vəzifəsində, qızı Sürəyya Hüseynova isə Dövlət Gömrük Komitəsində işləyir.
Oxşar xəbərlər
Arxeoloji abidədə qanunsuz qazıntı aparan şəxslər SAXLANILDI
2023-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi d...